EL-CA MTK-nın dirktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədov "Komendatı" döyərək xəstəxanalıq edib (ŞİKAYƏT)
Tarix: 10-12-2021, 20:48
Baxılıb: 2 954
Google+ Paylaş
Tumblr Paylaş

EL-CA MTK-nın dirktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədov "Komendatı" döyərək xəstəxanalıq edib (ŞİKAYƏT)

10-12-2021, 20:48

Yeni tikilən binaların satılması və sakinlərin mənzilə köçdükdən sonrakı mərhələdə yaşadığı çətinliklər Azərbaycanda gündəlik problemlərdən birinə çevrilib. Yaradılan saysız-hesabsız MTK-lar barəsində hər gün şikayətlər eşidirik. Mənzilin satış prosesində müxtəlif fırıldaqlara əl atan kim, eyni mənzili müxtəlif müştərilərə satan kim, mənzildə yaşayan sakini “qoçu dəstəsi” yaradıb döyərək xəstəxanalıq edən kim….
Əminik ki, sonuncu nümunə sizi də təəccübləndirdi.
Bu barədə Reportyor.og saytına müraciət edərək başına gələn bədbəxt hadisənin işıqlandırılmasını istəyən Cəfərov Ziya İmaməddin oğlu məlumat verib.
Loading...

Məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Hakim Abbasov küçəsi, ev 9-b, mənzil 6-da, El-Ca MTK tərəfindən tikilən binada yaşayan Cəfərov Ziya İmaməddin oğlu komendat olaraq fəaliyyət göstərdiyi iş yerində zorakılığa və ağır təhqirlərə məruz qalıb. Belə ki, əraziyə gələn El-Ca MTK direktoru Fərhad Kazımovun kürəkəni Yunis Məmmədov Ziya Cəfərovun üzərinə qoçu dəstəsi ilə bərabər hücum çəkib. Nəticədə, zərərçəkmiş şəxsin burnu sınıb və kəllə-beyin travması alıb.
Qeyd edək ki, Ziya Cəfərov həmin şəxslər tərəfindən hələ də təhdid edilir. Şikayətçinin əraziyə yaxın hüquq-mühafizə orqanlarına və prokurorluğa müraciəti isə hələ ki, cavabsızdır. O, bu məsələdə bəzi şəxslərin sifarişi ilə ədalətin təmin olunmasının qarşısının alındığı düşünür. Zərərçəkmiş şikayətinin təmin edilməsi və məsələyə hüquqi qiymətin verilməsi üçün prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət etmək qərarına gəlib.
Daha ətraflı videoda:


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ