Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar
Tarix: 21-08-2021, 23:27
Baxılıb: 549
Google+ Paylaş
Tumblr Paylaş

Suraxanıda növbəti küçə asfaltlanır - Fotolar

21-08-2021, 23:27

Suraxanı rayonunda rahat gediş-gəlişin təmin olunması məqsədi ilə küçə və yolların təmir edilməsi istiqamətində görülən işlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, hazırda Qaraçuxur qəsəbəsi, uzunluğu 1050 m, eni isə 9 m olan Nizami İsmayılov küçəsində təmir-bərpa işləri həyata keçirilir. Aparılan təmir işləri çərçivəsində sözügedən küçədə 9450 kv.m asfalt örtüyü salınır. Həmçinin, küçə boyu 1800 m uzunluğunda bordyur düzülərək zəruri olan yerlərdə piyada səkiləri bərpa olunub və 4000 kv.m asfalt örtüyü vurulub.
Qeyd edək ki, rayon ərazisində qəsəbələrarası yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması mərhələli şəkildə aparılır.
           








Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ