Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir
Tarix: 22-02-2024, 11:14
Baxılıb: 40
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

22-02-2024, 11:14

Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilir.
Sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.
Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ