TƏCİLİ! Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə AÇIQLAMA
Tarix: 21-02-2024, 11:42
Baxılıb: 232
Google+ Paylaş
Tumblr Paylaş

TƏCİLİ! Ermənistan Baş Prokurorluğundan Kamil Zeynallı barədə AÇIQLAMA

21-02-2024, 11:42

“Ermənistanın Baş Prokurorluğu azərbaycanlı məşqçi Kamil Zeynallının Rusiyada ölkənin sorğusu əsasında saxlanılması barədə rəsmi məlumata sahib deyil”.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Qeyd edək ki, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb.
Zeynallı saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsini göstərib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onun Ermənistanın tələbi ilə saxlanılmasını təsdiq edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ