Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradıldı
Tarix: 3-02-2024, 15:48
Baxılıb: 38
Google+ Paylaş
Tumblr Paylaş

Türkmənistandakı səfirlikdə seçki məntəqəsi yaradıldı

3-02-2024, 15:48

Azərbaycanda fevralın 7-nə təyin olunmuş növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə uyğun olaraq ölkəmizin Türkmənistandakı Səfirliyində seçki məntəqəsi yaradılıb.
reportyor.org xəbər verir ki, Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Türkmənistandakı Səfirliyimizdə yaradılmış 48 nömrəli seçki məntəqəsində, yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçirə biləcəklər.
Məntəqə seçki komissiyası prezident seçkilərinin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkili üçün tam hazırdır.
Türkmənistanda konsulluq qeydiyyatında olan vətəndaşlarımızın Prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Səsvermədə iştirakla əlaqədar vətəndaşlarımız məlumatlandırılıb. Eyni zamanda Səfirliyin internet səhifəsində, sosial şəbəkələrdəki hesablarında elanlar yerləşdirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ