Növbəti “Tik-tok” OYUNU: “BY AYLİN-11″in qurbanına çevrilən iş adamı ŞOK FAKTLARI AÇIQLADI – “Blogger” 300 mini necə mənimsəyib? foto
Tarix: 30-11-2023, 23:12
Baxılıb: 299
Google+ Paylaş
Tumblr Paylaş

Növbəti “Tik-tok” OYUNU: “BY AYLİN-11″in qurbanına çevrilən iş adamı ŞOK FAKTLARI AÇIQLADI – “Blogger” 300 mini necə mənimsəyib? foto

30-11-2023, 23:12

Bütün dünyada olduğu kimi Azərbaycanda da sosial şəbəkələrdən istifadə geniş vüsət alıb. Zamanın tələbidir, heç nə deyə bilmərik. Amma vay o gündən ki, yerimiz səhv düşə… Qabilin dediyi kimi, “Müsibət oluruq biz səhv düşəndə yerimiz”. Təəssüflər olsun ki, bəzən biz sosial şəbəkılərdən aidiyyatı üzrə istifadə etmək əvəzinə bu platformaların ən pis xüsusiyyətlərindən yararlanmağa meyl göstəririk. Bu zaman isə bir çox problemlər bütün çılpaqlığı ilə üzə çıxır. Cəmiyyət olaraq mənəvi deqredasiyaya məruz qalırıq, bütün milli-mənəvi dəyərlərimiz məhv olur, ailə institutumuz dağılır. Beləcə gələcəyimiz üçün ciddi təhlükə yaranır. Həyəcan təbili çalmağın vaxtıdır… Yoxsa Tik-tok, Instagram və digər bu kimi sosial platformalar bu millətin axırına çıxacaq. Ya da ən yaxşı halda yüzlərlə, bəlkə də minlərlə ailələrin dağılmasına, məişət zəminində cinayətlərin törədilməsinə məhz bu cür platformalardan aidiyyatı üzrə istifadə edilməməsi səbəb olacaq.
Narahatçılığımız heç də təsadüfi deyil. Bu gün Tik-tok platformasında canlı açaraq pul dilənən, “şir” qazanmaq üçün bütün əxlaq normalarını aşan, hətta bədənini satışa çıxaran varlıqlara rast gəlirik. Üzdəniraq məxluqların çıxardığı hoqqalardan isə danışmağa dəyməz. Yağışdan sonra çıxan göbələk kimi günbəgün çoxalırlar. Bir sözlə, bu platformada fahişəlik, əxlaqsızlıq baş alıb gedir. Təbii ki, dövlət bir neçə dəfə Tik-tok platformasını qadağan etsə də, bəzi ağzıgöyçəklər bunu azadlıqların məhdudlaşdırılması kimi qələmə verdiklərindən sözügedən şəbəkənin fəaliyyəti yenidən bərpa olunub. Amma hesab edirəm ki, ölkədə Tik-tok şəbəkəsi birdəfəlik qadağan edilməli və onun əxlaqsız, üzdəniraq istifadəçilərinə qarşı qanunun icazə verdiyi bütün cəzalar tətbiq olunmalıdır.
Necə deyərlər, sözümün canı var. Son zamanlar özünü blogger adalandıranlar, min cür hoqqadan çıxaraq simasını cəmiyyətə sırıyanlar da məhz Tik-tok vasitəsi ilə “populyar” olublar. Bütün günü zay məhsulları, geydirmə butikləri, salonları və sair iaşə obyektlərini reklam edərək “pul” qazanırlar. Amma bütün bunlar üzdəniraq bloggerlərə kifayət etmir və onlar “yağlı tikə” axtarışına da məhz “Tik-tok” üzərindən çıxırlar. Bədənlərini min cür hala salan, silikon dodaq etdirən bu cür bloggerlər pullu insanları hər cür çirkin vasitələrlə tora saldıqdan sonra onları şantaj etməkdən belə çəkinmirlər.
Bu cür məkrli işlərlə məşğul olan bloggerlərdən biri də Tik-tok platformasında özünü cəmiyyətə sırımağı bacaran “BY Aylin-11” adlı gənc qızdır. Müəyyən səbəblərdən adını açıqlamasaq da sözügedən şəxsin kimliyi bizə bəllidir və onun törətdiyi cinayət əməlləri haqqında əlimizdə kifayət qədər materiallar mövcuddur. Belə ki, “BY Aylin-11” adlı bu “Tik-toker” imkanlı iş adamlarını və ya onların övladlarını müxtəlif yollarla aldadaraq münasibət qurur. Sonradan isə foto və video materialları ailə üzvlərinə göstərmək adı ilə şantaj edərək külli miqdarda pul istəyir. “BY Aylin-11” adlı bu “blogger”in “fəaliyyətin”in qurbanına çevrilən çox hörmətli iş adamlarından birinin övladı redaksiyamıza müraciət edərək həmin qızın şok əməlləri haqda məlumat verib. Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, “BY Aylin-11” adlı “tik-toker” onunla münasibətlərini əvvəlcədən hazırlanan plan üzrə kameranın yaddaşına həkk edib. Daha sonra isə ailəsinə göstərəcəyini deyərək şantajla iş adamının oğlundan il ərzində təxminən 200-300 min manatdan çox pul alıb. Aldığı pullarla özünə “BY Aylin” gözəllik salonu açaraq əsl oliqarx həyatı yaşamağa davam edir. Bundan başqa “tik-toker” xanım şantaj yolu ilə özünə minlərlə manat dəyəri olan qızıl-zinət əşyaları da aldırıb. Bir sözlə “BY Aylin-11” özünə şantaj yolu ilə əməlli-başlı şərait qurub. Bir insanın ailəsini dağıtmaqla, cəmiyyətdə nüfuzdan salmaqla hədələyən bu kimi şəxslərin sayı həddindən artıq çoxdur və onlara qarşı mütləq tədbir görülməlidir. Qeyd edək ki, gözəllik salonunun açılmasına sərf olunan pulların məbləği və qəbzləri də mövcuddur. Lazım olduğu təqdirdə hüquq mühafizə orqanlarına təqdim ediləcək. İndi iş adamının övladı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və digər aidiyyatı qurumlara müraciət edərək yardım istəyir və məsələnin araşdırılmasını xahiş edir.
Əldə etdiyimiz məlumata görə, həmin üzdəniraq “tik-toker” özünü qorumaq üçün yüksək vəzifəli bir şəxsin adından istifadə edir. Heç kəsdən qorxmadığını, hüquq mühafizə orqanlarının ona heç nə edə bilməyəcəyini vurğulayır. Bir sözlə yüksək vəzifəli şəxsin adından istifadə edərək öz çirkin əməllərini yerinə yetirir. Ümid edirik ki, aidiyyatı qurumlar məsələni ciddi araşdıraraq “BY Aylin -11” adlı bloggerin əməllərini ifşa edəcəklər və şantajla pul mənimsəyən şəxs barəsində qanunamüvafiq ölçü götürəcəklər.
Məlumat üçün bildirək ki, şantaj (hədə-qorxu) yolu ilə pul tələb etmə cinayət məcəlləsinin 182-ci maddəsi ilə təsbit olunur. Bu, çox çətin və ağır maddə hesab olunur və sözügedən maddə ilə cinayət işi dərhal açıla bilir. Eyni zamanda birbaşa həbs nəzərdə tutulur. Ona görə də, hər kəs bu kimi addımlardan çəkinməlidir.

Video Oynadıcı


00:0000:02
Video Oynadıcı

00:0000:03
Video Oynadıcı

00:0000:04
Video Oynadıcı

00:0000:04
Video Oynadıcı

00:0000:03
Video Oynadıcı

00:0000:05
Video Oynadıcı

00:0000:03

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ