"Azərbaycan Qarabağda təmas xəttini bir neçə yerdə yarıb" - Hikmət Hacıyev
Tarix: 19-09-2023, 21:37
Baxılıb: 36
Google+ Paylaş
Tumblr Paylaş

"Azərbaycan Qarabağda təmas xəttini bir neçə yerdə yarıb" - Hikmət Hacıyev

19-09-2023, 21:37

“Azərbaycan Silahlı Qüvvələri Qarabağda Ermənistan silahlı qüvvələrinin birləşmələri ilə təmas xəttini bir neçə yerdə yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir”.
reportyor.org xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib.
Hacıyevin sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.
“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb.
Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.
Qeyd edək ki, Azərbaycan bu gündən etibarən Qarabağda lokal antiterror tədbirlərinə başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ