Türkiyə ərazisinə meteorit düşüb.
reportyor.org xəbər verir ki, səma cisminin ölkə üzərində uçuşunu əks etdirən video görüntüləri "Shot" "Telegram" kanalı yayıb .
Qeyd olunur ki, bir neçə şəhərin - Qaziantep, Malatya, Ərzurum və s. sakinləri eyni anda səma cismini müşahidə edə biliblər. Obyekt yaşılımtıl rəngə çalıb və havada arxasında kiçik bir quyruq buraxıb. Bu fenomen işıq parıltısı ilə müşayiət olunub.
"Mash" "Telegram" kanalının məlumatına görə meteorit sonda Malatyaya düşüb.