“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN ŞİKAYƏTÇİDİR
Tarix: 4-05-2023, 14:35
Baxılıb: 538
Google+ Paylaş
Tumblr Paylaş

“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır” – BEYLƏQAN SAKİNİ “ZƏFƏRAN” KLİNİKASININ HƏKİMİNDƏN ŞİKAYƏTÇİDİR

4-05-2023, 14:35

Beyləqan rayon sakini Kərimova Rahilə İsa qızı tərəfindən Hurriyyet.az saytının redaskiyasına şikayət məktubu daxil olub. Şikayətçi həyat yoldaşının ölümündə “Zəfəran”Klinikasının həkimi Eldəniz Əliyevi günahlandırır.
“Mən, Kərimova Rahilə İsa qızı, yazaraq sizə bildirirəm ki, yoldaşımın ölümünə səbəb olan həkim azadlıqda gəzir. 08.04.2023-cü ildə bizi Bakı şəhəri Yasamal Rayon Prokurorluğunda Yusif Umudovun qəbulunda olduq. Bizə bildirdi ki, gözünüz aydın, məhkəmə tibb eksperti işə sizin xeyrinizə xitab verib.

Sənəddə rüşvət və dərmanların pullarının ödənilməsi yazılmışdı. Yusif Umudova inanıb, məhkəmənin vaxtını gözləməyə başladıq. 18.04.2023-cü ildə bizə məhkəmədən məktub gəldi. Məktubda ekspert rəyinin tam əksi, “həkim səhlənkarlığının olub-olmadığı aydınlaşdırılacaq” yazılmışdı.
Kasıb ailəyik, 4 uşaq anasıyam. Müraciətimlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm. Bu gün, sabah məhkəmə qərar verəcək ki, həkim səhlənkarlığı da olmayıb. Beləliklə, yoldaşımın qanı batacaq”.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin mövqeyini dərdc etməyə hazırıq.
“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır”
“Həyat yoldaşımın ölümündə Eldəniz Əliyev günahkardır”


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ