Füzuli Təhsil şöbəsində nələr baş verir..? - Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..?
Tarix: 27-01-2023, 10:12
Baxılıb: 3 525
Google+ Paylaş
Tumblr Paylaş

Füzuli Təhsil şöbəsində nələr baş verir..? - Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..?

27-01-2023, 10:12

Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu  dəyişə bilmir.. Təhsilimizin  səviyyəsi ilə bağlı uzun-uzadı  yazmaq üçün təhsil sahəsində ekspert olmağa ehtiyac yoxdur. Hətta sıravi vətəndaşlar da təhsil sahəsində baş verən problemlərdən xəbərdardır. Heç uzağa getməyək, bir neçə gün öncə məktəblərdən birinin qadın müəllimi az qala üsyan elədi. Belə ki, sən demə, məktəbin tualeti yoxdur. Şagirdlər, müəllimlər öz təbii tələbatlarını ödəmək üçün getməyə məkan tapmırlar. Xanım müəllimə, haqlı olaraq  uşaqlara müraciət etdi ki, məktəbdə tualet  olanadək dərsə gəlməyin. Və bu müraciəti sosial şəbəkədə paylaşdı. Bəlkə də son illər Azərbaycanda  bu qədər izlənən xəbər olmamışdı. Və yazılan rəylər də dəhşətli idi. Doğrudan da, vəziyyət gör hara gəlib çatıb ki, məktəbin adi  sanitar qovşağı, tualeti, el dilində desək subaşısı yoxdur. Bu etirazdan sonra nə baş verdi..? Müəlliməyə töhmət verdilər. Və sonra Elm və Təhsil Nazirliyinin rəhbərliyi həmin rayondakı məktəbə gedərək söz verdilər ki, yaxın zamanda məktəbdə tualet tikiləcək. 
Görəsən, yaxın zaman deyəndə Təhsil Nazilriyi hansı vaxtı nəzərdə tuturdu..? Yaxşı, o vaxtadək bu uşaqlar və müəllim heyyəti özlərini rahatlamaq üçün hara getsin, bəs yazıq müəllimlər neyləsin..? Kişi müəllimlər harasa, divarın dibinə-zadına nəsə…bəs qadın müəllimlər..? 
Bunu yazmaqda məqsədimiz odur ki, Azərbaycan təhsili, ölkə məktəbləri bərbad, biabırçı durumdadır..? Onda sual olunur ki, bəs dövlətin məktəblərə ayırdığı milyonlar kimlərin cibinə gedir..? Bir tualet tikdirmək bu qədərmi bahadır..? Nə isə, əsas və konkret mövzumuzdan yayınmayaq. 
Söhbət Füzuli təhsilindən, daha doğrusu, Füzuli Təhsil Şöbəsinin müdiri Ramella Məmmədovadan gedir. Yeri gəlmişkən, Ramella Məmmədovadan öncə Füzuli Təhsil Şöbəsində 400 min manatlıq yeyinti olmuşdu, ona görə sabiq müdir vəzifəsindən uzaqlaşdırıldı və onu Ramella Məmmədova əvəz elədi. Hamı düşünürdü ki, yəqin ki, Füzuli təhsilində müsbət dəyişikliklər olacaq. Amma atalar demiş, sən saydığını say, gör, Ramella nə sayır… Ramella hər şeydən öncə məktəblərin həyətyanı sahəsində  otlayan qoyunları, quzuları, inəkləri, danaları və s sayır. Oxucular düşünə bilər ki, biz zarafat edirik, məgər məktəb örüş yeridir..? 
Bəli, biz əbəs yerə yazmadıq. Ramella Məmmədova üçün məktəb təkcə örüş sahəsi deyil, həm də, rüşvət və korrupsiya bostanıdır.  Belə ki, Ramella Məmmədovanın tabeçiliyində olan məktəb sahələrində qoyun-quzu, inək-buzov  sürüsü otlayır. Və Ramella da  bunun əvəzində hər ay məktəb direktorlarından pul alır. Həə, az qala onu unutmuşduq. Ki, Ramella müdir olan kimi açıq şəkildə deyib ki, qohumum 200 min manat verib məni bu vəzifəyə gətirib, mən pulumu tez bir zamanda çıxartmalıyam. Bəli, Ramellanın  tabeçiliyində olan bəzi məktəblərdə  tualet yoxdur. Ramella məktəb direktorlarına deyib ki, məktəbdə pullu tualet tikdirin, gündə bir dəfə getmək pulsuz, iknci dəfə pullu olsun, yəni limit qoyun. 
İndi gördünüzmü, Ramella Məmmədova qohumunun verdiyi 200 min manatı necə çıxartmaq istəyir..? Ramellanın tabeçiliyində olan  82 məktəbdən uzun-uzadı bəhs etmək istəmirik. Çünki çox vaxt aparar. Bizdən əvvəl Azərbaycan mediasında yuxarıda qeyd olunanları və indiki fikirləri, yəni Ramella Məmmədovanın məktəb direktorlarından  hər ay yığdığı pul, satdığı idman avadanlıqları, keçirdiyi saxta tenderlər, aldığı “otkat”  barədə yazılıb. Keçək konkret olaraq Ramella Məmmədovanın diplom məsələsinə. 
Bəli, barəsində bu qədər yazılmasına baxmayaraq Ramella Məmmədova bu günədək nə üçün diplomunu çıxardıb ortaya qoymur ki, bilək ki, onun diplomunun rəngi necədir..? Biz hətta Füzuli Rayon İcra Hakimiyyətinin başçısı, hörmətli Alı müəllimə də deyirik ki, Ramellanı çağırın diplomunu bircə dəfə göstərsin və məsələ bitsin. Ramella Məmədovanın ən həssas  yerlərindən biri də atasının adıdır. Media qurumları nə qədər təkid eləsə də Ramella Məmmədova atasının  həqiqi adını demək istəmir. Biz hətta Ramella xanıma Şaumyanı gordan-gora təzsin, Şaumyanın goruna mıx çalaq, Şaumyanın goruna and vermişdik ki, bəlkə atasının adını açıqlaya… 
Oxucular düşünə bilər ki, erməni Şaumyanın  Ramellaya nə dəxli ola bilər..? Ağlınıza qara-qura fikirlər gəlməsin. Sadəcə, Ramella Məmmədova cavan çağlarında Şaumyan sevdalısı olub. İndi nə qədər qocalsa da, hər gecə yuxuda Şaumyanı görür.  Yuxunun yozması sizdən, hörmətli oxucular.
Füzuli Təhsil şöbəsində nələr baş verir..? - Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..? » Gundelik-Baku.Com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ