Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!
Tarix: 16-01-2023, 15:59
Baxılıb: 1 519
Google+ Paylaş
Tumblr Paylaş

Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ... - İTTİHAM VAR!

16-01-2023, 15:59

Tezadlar.az saytına Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Şəlvə kənd 7 illik uşaq musiqi məktəbinin müəllim kollektivi adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, surəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, surəti Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbova ünvanlanmış şikayət ərizəsi daxil olub.

Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ...

Məktəbin 30-dək müəllimi direktor Azər Əliyevdən narazıdır. Məktəbin müəllimləri iddia edirlər ki, direktor Azər Əliyev onların dərs saatını qəsdən azaldır. Buna etiraz edən müəllimlər isə təzyiqlə üzləşirlər. Şikayətçi müəllimlər məktəbdə baş verən qanun pozuntularının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini xahiş edirlər. Bildirirlər ki, son bir neçə ildə məktəbdə qəsdən yaradılan süni əngəllər müəllim kollektivinin normal iş prosesinə və tədrisin keyfiyyətinə ciddi təsir göstərir: "Dərs saatları məktəbdə heç bir fəaliyyəti olmayan, hətta aylarla məktəbə gəlməyən bəzi adamların adına sənədləşdirilərək mənimsəmə hallarına yol verilir. Ən vacib dərs saatları ixtisaslarına uyğun olmayan və bu sahədə heç bir təcrübəsi, biliyi, bacarığı olmayan müəllimlərə verilərək qəsdən tədris prosesi pozulur, məktəbdə normal fəaliyyət göstərmək istəyən müəllimlər sıxışdırılır, məqsədli şəkildə dərs prosesinin pozulmasına şərait yaradılır. Sonra isə həmin müəllimlərdən tədrisin keyfiyyəti, şagirdlərin sayı və s. tələb olunaraq müxtəlif bəhanələrlə onların əmək haqlarının müəyyən qismi rəhbərlik tərəfindən rüşvət şəklində alınır.

Şəlvə kəndində RÜŞVƏT MƏSƏLƏSİ...

Məsələn, "Xanəndə" sinfinə müşayiət müəllimi kimi fo-no "Klarnet" müəllimi, "Nağara" sinfinə isə "Tar" müəllimi müşayiətçi təyin edilir. Dəfələrlə müraciət etməyimizə baxmayaraq, məktəbin direktoru Azər Əliyev bu qanunsuzluğun aradan qaldırılıması üçün heç bir tədbir görmür, əksinə, haqlı tələblər irəli sürən və keyfiyyətli tədrislə məşğul olmaq istəyən müəllimlərə addımbaşı maneələr yaratmaqla günü-gündən tədrisin keyfiyyətini aşağı salmaqda davam edir. Demək olar ki, məktəbimizdə ciddi şəkildə qanun pozuntuları və korrupsiya halları mövcuddur. Direktor Azər Əliyev müəllimlərdən hər ay əmək haqlarının 10 faizini tələb edir və alır.

Məktəbin müəllim kollektivi Azər Əliyevə faiz verməmək barədə qəti qərar qəbul etsələr də, heç bir nəticəsi olmayıb. Azər Əliyev bu tələbin ona "yuxarıdan" edildiyini deyərək məktəbdə pul yığmaqda davam edir. Azər Əliyev dərs bölgüsü zamanı saatların azaldılmaması üçün guya "yuxarılara" pul verdiyini deyərək müəllimlərdən rüşvət alır. Məktəbə şagird qəbulu zamanı istedadlı uşaqlara meneələr yaradılır, əvəzində, istedadsız uşaqların adları qəbul siyahısına salınır. Həmin uşaqlar məktəbə gəlmədiyi və onlara dərslər tədris edilmədiyi halda həmin saatların pulu Azər Əliyev tərəfindən mənimsənilir. Azər Əliyevin qanunsuz əməllərinə etiraz edən müəllimlərə qarşı çox ciddi şəkildə süni maneələr yaradılır və normal tədrislə məşğul olmalarının qarşısı alınır. Hətta həmin müəllimlərin şagirdlərinin şəxsi işləri, müəllimlərin dərs vəsaitləri qəsdən yararsız hala salınır, oğurlanır və müəllimlər təcili həmin sənədləri təkrar yazılıb yerinə qoymasa dərs saatlarının azaldılacağı ilə təhdid edilirlər. Yuxarıda qeyd etdiyimiz qanun pozuntuları məktəbdə baş verənlərin çox cüzi hissəsidir.

Xahiş edirik, məktəbimizdə yoxlama aparılsın, o zaman rüşvət və korrupsiya hallarının, qanun pozuntularının baş verdiyinin şahidi olacaqsınız.

Əvvəlcədən sizə minnətdarlığımızı bildiririk".

Məsələ ilə bağlı direktor Azər Əliyevin mövqeyini öyrənmək cəhdimiz alınmadı. Bu səbəbdən onun da fikrini öyrənməyə çalışacağıq.
//Tezadlar.az//


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ