Rusiya və Çinin "dollar əməliyyatı" - ABŞ çökdürülür
Tarix: 30-05-2023, 10:45
Baxılıb: 125
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya və Çinin "dollar əməliyyatı" - ABŞ çökdürülür

30-05-2023, 10:45

Dolların dəyişdirilməsi Rusiya və Çinin ABŞ-a zərbəsidir.
reportyor.org xəbər verir ki, Amerikalı jurnalist Klayton Morris "Redacted News"-un YouTube kanalında Çin və Rusiyanın dolların dəyişdirilməsi ilə bağlı apardıqları işlərlə ABŞ valyutasına sarsıdıcı zərbə vurduqlarını söyləyib.
Onun sözlərinə görə, hazırda Braziliya, Argentina, Pakistan və Laos kimi ölkələr də dollardan imtina etmək istəyir. Bu dövlətlərin nümayəndələri əməliyyatlar aparmaq üçün ABŞ valyutasından uzaqlaşırlar.
"Çin və Rusiya növbəti dəfə Qərb ölkələrinə sarsıdıcı zərbə vurdular", - Morris bildirib.
O, Qərb nəşrlərinin BRICS üzvü olan ölkələrin bu addımına demək olar ki, əhəmiyyət vermədiyinə aydınlıq gətirib. Jurnalist əlavə edib ki, ticarət kəsiri və ABŞ-ın borc problemi dolları beynəlxalq valyuta kimi “daha az cəlbedici” edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ