Millətimiz hər zaman doğru qərar verir
Tarix: 28-05-2023, 16:13
Baxılıb: 114
Google+ Paylaş
Tumblr Paylaş

Millətimiz hər zaman doğru qərar verir

28-05-2023, 16:13

“Millətimiz hər zaman doğru qərar verir”.
reportyor.org Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra media nümayəndələrinə açıqlamasında deyib.
Nazir seçkilərin nəticəsinin uğurlu olacağına inandığını deyib: “Hər səsin rolu var. Ona görə də bütün vətəndaşlarımızı səsverməyə çağırıram. Bu, bizim vətəndaşlıq borcumuzdur”.
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ