Rusiyaya "işləyən" şəxs həbs olundu - Foto
Tarix: 24-05-2023, 14:24
Baxılıb: 166
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyaya "işləyən" şəxs həbs olundu - Foto

24-05-2023, 14:24

Baxmut və Avdievka yaxınlığında müdafiəçilərin mövqelərini sızdıran rus agenti tutulub.
reportyor.org "Yevropeyskaya Pravda"ya istinadən xəbər verir ki, Təhlükəsizlik xidməti Ukrayna müdafiəçilərinin Baxmut və Avdievka yaxınlığındakı mövqelərini düşmənə “sızdıran” rus agentini saxlayıb.
Sözügedən şəxs cəbhəyanı şəhərlərin bitişik ərazilərini gəzərək Ukrayna qoşunlarının mövqelərini gizli şəkildə çəkib, həmçinin elektron xəritələrdə onların koordinatlarını göstərib. O, müvəqqəti işğal olunmuş Qorlovkada təcavüzkarın nəzarətində olan “mdb DPR”dən aldığı məlumatları öz “kuratoruna” təhvil verib.
Onun üç şəriki də ötən ilin dekabrında SBU tərəfindən saxlanılıb.
Agent Cinayət Məcəlləsinin 111-ci maddəsinin 2-ci (hərbi vəziyyətlə bağlı dövlətə xəyanət) ilə şübhəli bilinib.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ