Mayın 9-da Rusiya bayraqlarının nümayişi qadağan edildi
Tarix: 8-05-2023, 23:39
Baxılıb: 314
Google+ Paylaş
Tumblr Paylaş

Mayın 9-da Rusiya bayraqlarının nümayişi qadağan edildi

8-05-2023, 23:39

Berlinin Ali İnzibati Məhkəməsi şəhərin mövqeyinə qarşı şikayəti təmin edib və mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının ictimai nümayişini qadağan edib.
reportyor.org xarici KİİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarına əsasən, mayın 8-də və 9-da Berlində anım tədbirlərində Rusiya bayraqlarının dalğalanması qadağan olunub.
Məhkəmə həmçinin SSRİ bayrağının, Georgi lentlərinin nümayişinə və taxılmasına qadağa qoyub.
Belə ki, Ali İnzibati Məhkəmə cümə günü Rusiya bayraqlarına qoyulan qadağaya qarşı təcili müraciəti təmin edən inzibati məhkəmənin qərarını ləğv edib.
Qeyd edək ki, daha əvvəl Rusiyanın teleqram kanallarının Almaniya Bundestaqının binası üzərində Sovet bayrağının yerləşdirilməsini təsdiqləyən foto və video məzmun yaydığı bildirilirdi.
Bundan əlavə, mayın 6-da Berlin inzibati məhkəməsi Ukrayna bayraqlarının yerləşdirilməsinə qoyulan qadağanı ləğv edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ