Kanada təlim keçdiyi Ukrayna hərbçilərinin sayını AÇIQLADI
Tarix: 8-05-2023, 23:37
Baxılıb: 282
Google+ Paylaş
Tumblr Paylaş

Kanada təlim keçdiyi Ukrayna hərbçilərinin sayını AÇIQLADI

8-05-2023, 23:37

“Kanada artıq 36 min Ukrayna əsgərinə təlim keçib və davam etdirmək niyyətindədir”.
reportyor.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu rəqəmi ölkənin müdafiə naziri Anita Anand bildirib.
Həmçinin, Anand əlavə edib ki, Kanada Ukraynaya 8 milyon funt-sterlinqdən (3,6 min ton) çox hərbi yardım köçürüb.
Qeyd edək ki, aprel ayında Estoniya minlərlə ukraynalı döyüşçüyə təlim keçdiyini elan edib. Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargah rəisinin müavini polkovnik Mart Vendla da xüsusi təlimlərin keçirildiyini, artilleriyaçılar tərəfindən tamamlandığını bildirib. Yanvarda məlum olub ki, Britaniya Ukrayna Silahlı Qüvvələrinin 10 min əsgərinə təlim keçib və daha 40 min əsgərə təlim keçəcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ