Qazaxıstanda parlament seçkiləri başa çatdı - YENİLƏNDİ
Tarix: 19-03-2023, 21:04
Baxılıb: 214
Google+ Paylaş
Tumblr Paylaş

Qazaxıstanda parlament seçkiləri başa çatdı - YENİLƏNDİ

19-03-2023, 21:04

Qazaxıstanda parlamentin aşağı palatası və yerli məclislərin deputatlarının növbədənkənar seçkilərində bütün ölkə üzrə səsvermə başa çatıb.
reportyor.org xəbər verir ki, ilk “exit-poll” nəticələri xüsusi onlayn marafon zamanı gecə yarısından sonra elan ediləcək.
Ümumilikdə, respublikada 10 mindən çox seçki məntəqəsi prosesə cəb edilib.
Daha 77 məntəqə 62 ölkədə təşkil olunub. Ölkənin 15 rayonunda seçici fəallığı 54,09 faiz olub.
xxx
08:13
Qazaxıstanda parlamentə və yerli nümayəndəlik orqanlarına seçkilər başlayıb.
reportyor.org xəbər verir ki, seçki məntəqələrində yerli vaxtla saat 7:00-da başlayan səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.
Saat 20:00-dan sonra səslərin hesablanması proseduruna başlanacaq. Bu il səslərin hesablanması proseduru həmişəkindən daha uzun olacaq. Bu, bülletenlərin daha çox olması ilə bağlıdır.
Bəzi ölkələrdə saat qurşağına görə səsvermə Qazaxıstandan daha tez başlayıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ