Rusiyada qeyri-qanuni səfərbərliyə cəlb olunan doqquz mindən çox vətəndaş evlərinə qaytarılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov Prezident Vladimir Putinlə görüşdə bildirib.
Putin səfərbər edilmiş rusiyalıların hüquqlarının monitorinqini davam etdirməyi baş prokurora tapşırıq verib.
