“Putinə ABŞ kəşfiyyatındakı əclaflardan daha çox güvənirdim”- Tramp
Tarix: 31-01-2023, 15:29
Baxılıb: 229
Google+ Paylaş
Tumblr Paylaş

“Putinə ABŞ kəşfiyyatındakı əclaflardan daha çox güvənirdim”- Tramp

31-01-2023, 15:29

Keçmiş prezident Donald Tramp “Truth” sosial şəbəkəsindəki hesabında “Vladimir Putinə ABŞ kəşfiyyatındakı əclaflardan daha çox güvənirdim” yazıb.
Azpost.info xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Tramp paylaşımında Rusiya prezidenti ilə 2018-ci ildə Finlandiyada keçirdiyi görüşü xatırladıb. O, Federal Təhqiqatlar Bürosnun ittihamlarına baxmayaraq, Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsinə heç bir səbəb görmədiyini deyib.
“Yadınızdadırsa, Helsinkidə bir müxbir məndən soruşdu ki, kimə daha çox güvənirəm – Rusiya prezidenti Putinə, yoxsa bizim kəşfiyyatçılara? Hələ o zaman hiss edirdim ki, bizim Ceyms Kominin, Makkeybin simasında çox pis adamlarımız var”, – Tramp yazıb.
Tramp paylaşımın altında səsvermə keçirib və abunəçilərdən kimə -Putinə, yoxsa ABŞ kəşfiyyatına etibar etdiklərini soruşub.
Tramp ABŞ xüsusi xidmət orqanlarının əməkdaşlarını “tullantı” adlandırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ