SON DƏQİQƏ! Finlandiya Quranın yandırılmasına haqq qazandıran İsveçə BELƏ DƏRS VERDİ
Tarix: 31-01-2023, 15:28
Baxılıb: 282
Google+ Paylaş
Tumblr Paylaş

SON DƏQİQƏ! Finlandiya Quranın yandırılmasına haqq qazandıran İsveçə BELƏ DƏRS VERDİ

31-01-2023, 15:28

Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO qapısını İsveçin üzünə bağladığını açıqlasa da, İsveç hər iki qalmaqalda “ifadə azadlığı” donu geyindirib.
Musavat.com xəbər verir ki, bu hadisələrin fonunda dünən Finlandiya İsveçin əksinə olaraq, İslamın müqəddəs kitabı olan Quranın Finlandiya daxilində açıq şəkildə yandırılmasına icazə verməyəcəyini açıqlayıb.
Finlandiyanın STT xəbər agentliyinin xəbərinə görə, Finlandiya polisi Qurani-Kərimin yandırılmasının "dini sülhü" pozduğunu və ölkədə cəzalandırılması lazım olan cinayət olduğunu bildirib.
Polis, həmçinin qeyd edib ki, hər hansı dini müqəddəs kitab açıq şəkildə yandırılarsa və ya başqa cür təhqir olunarsa, polis dərhal müdaxilə edəcək.
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ