Qərb Rusiyaya gizli yolla dəstək verir – DETALLAR
Tarix: 23-01-2023, 12:14
Baxılıb: 358
Google+ Paylaş
Tumblr Paylaş

Qərb Rusiyaya gizli yolla dəstək verir – DETALLAR

23-01-2023, 12:14

Qərb ölkələri Ukraynaya hücuma görə Moskvaya total sanksiyalar tətbiq etsə də, şirkətləri hələ də Rusiyada fəaliyyət göstərir.

Reportyor.tv xəbər verir ki, “Politoco” nəşri müharibə başlayandan sonra Rusiyanı tərk edən Qərb şirkətləri haqda araşdırma aparıb.

Nəşr yazır ki, Avropa şirkətlərinin yalnız 8 faizi Rusiyanı tərk edib: “Rusiyada fəaliyyət göstərən Qərb şirkətlərinin əksəriyyəti almanlara məxsusdur. Eyni zamanda, Avropa İttifaqı və G-7 ölkələrinin əhəmiyyətli sayda şirkəti Rusiyada işləməkdə və sərmayə qoymaqda davam edir. Qərbin Moskvaya qarşı ən sərt sanksiyalarına və çoxsaylı şirkətin çıxmaq barədə bəyanatlarına baxmayaraq, Aİ və G7 ölkələrinin şirkətlərinin 9 faizindən azı cəmi bir müəssisəsini ləğv edib. Məlumatlar Qərb şirkətlərinin məxsus olduqları hökumətlərin geosiyasi rəqib hesab etdiyi ölkənin iqtisadiyyatı ilə əlaqələrini dayandırmaq istəyini şübhə altına alır”.

Nəşr qeyd edir ki, Rusiyadan çıxan şirkətlər ən çox ABŞ-ın payına düşür: “Lakin bu, 18 faizdən də azdır. Avropa şirkətləri 8,3, Yaponiya şirkətləri isə 15 faiz təşkil edir”.

Yale Universitetinin hazırladığı siyahıya görə, dünyanın ən böyük şirkətləri arasında Ford, Renault, McDonalds, İkea və Shell Rusiyanı tamamilə tərk edib. Bununla belə, bir çox böyük şirkətlər, o cümlədən, ən böyük istehlak malları üzrə şirkət “Unilever”, ABŞ-ın “Fast food franchise Subway” və İtaliyanın “Barilla” şirkəti hələ də Rusiyada fəaliyyət göstərir.

Qərb şirkətlərin Rusiyada fəaliyyətinin davam etdirilməsi, əslində bu ölkəyə gizli dəstək kimi də qiymətləndirilir.
Publika.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ