ABŞ-dan daha bir qalmaqallı görüntülər: Cəsədlər boş otaqlara doldurulur – Fotolar
Tarix: 14-04-2020, 14:23
Baxılıb: 1 420
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-dan daha bir qalmaqallı görüntülər: Cəsədlər boş otaqlara doldurulur – Fotolar

14-04-2020, 14:23

Koronavirusa yoluxma və ölüm statistikasına görə ilk sıranı tutan ABŞ-dan qorxunc görüntülər yayılmaqda davam edir. Nyu-Yorkdakı kütləvi məzar qalmaqalından sonra bu dəfə CNN qalmaqallı görüntülər yayıb. “Sinai-Grace” xəstəxanasından çəkilən görüntülərdən belə məlum olur ki, morqda yer olmadığı üçün cəsədlər artıq otaqlara doldurulur. 
Xəstəxana personalı məsələ ilə bağlı CNN-ə açıqlama verərək, görüntüləri təsdiqləyib. Bildirilib ki, xəstəxanada işləyən tibb heyətinin yatması və dincəlməsi üçün nəzərdə tutulan həmin otaqlar artıq morqa çevrilib.
Qeyd edək ki, bu günə qədər ABŞ-da 587 min 173 nəfər koronavirusa yoluxub, 23 min 649 nəfər virusdan dünyasını dəyişib. Hər keçən gün ABŞ-da vəziyyət ağırlaşır, ölənlərin sayı kəskin artır.
Xalidə Gəray
Musavat.com




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ