5 günlük müharibə: 14 il əvvəl nə baş vermişdi?
Tarix: 8-08-2022, 12:34
Baxılıb: 388
Google+ Paylaş
Tumblr Paylaş

5 günlük müharibə: 14 il əvvəl nə baş vermişdi?

8-08-2022, 12:34

Bu gün Rusiya və Gürcüstan arasında baş verən 2008-ci ilin avqust müharibəsindən 14 il keçir.
reportyor.org xatırladır ki, 2008-ci ilin avqustun 8-də başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün (08.08.08-13.08.08) davam edib.
Hərbi əməliyyatlar zamanı Gürücüstanın 408 vətəndaşı həlak olub.
Onların 170-i hərbçi, 14-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, 224-ü dinc sakin idi. 2 232 nəfər isə yaralanıb. 26 min insan qaçqın vəziyyətinə düşüb.
Rusiya isə separatçı qüvvələrlə birlikdə 170 nəfər itki verib. 354 nəfər yaralanıb. Ruslar bir hərbçinin hələ də itkin odluğunu söyləyirlər. 39 rus hərbçisi isə gürcülərə əsir düşüb.
Beş günlük müharibə Rusiyanın Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrinin işğalı, daha sonra hər iki bölgənin müstəqilliyini tanıması ilə başa çatıb.
Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni rəsmi olaraq işğal olunmuş ərazilər elan edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ