Bu ölkədə meymunçiçəyinə qarşı peyvəndlənmə başlandı
Tarix: 26-07-2022, 14:54
Baxılıb: 482
Google+ Paylaş
Tumblr Paylaş

Bu ölkədə meymunçiçəyinə qarşı peyvəndlənmə başlandı

26-07-2022, 14:54

Niderlandda meymunçiçəyinə qarşı vaksinasiya başlanıb.
reportyor.org xarici mətbuata istinaədn xəbər verir ki, bu barədə Niderland İctimai Sağlamlıq və Ətraf Mühit İnstitutu (RIVM) açıqlama yayıb. Bildirilib ki, meymunçiçəyi virusuna qarşı ilk peyvəndlər Amsterdam və Haaqa bələdiyyələrindəki sağlamlıq mərkəzlərində başlayıb.
Açıqlamada Amsterdamdakı mərkəzdə ilk gündə 50 nəfərin meymunçiçəyi virusuna qarşı peyvənd ediləcəyi, hər gün isə 100 nəfərin peyvənd ediləcəyi qeyd edilib. Məlumata görə, peyvənd üçün dəvət edilən 32 min nəfərin əksəriyyəti homoseksual və transseksuallarolub. Açıqlamada peyvəndin iki dozada tətbiq ediləcəyi, ikinci dozanın isə birincidən dörd həftə sonra vurulacağı bildirilib.
Danimarkanın Bavarian “Nordic” şirkətinin hazırladığı və Avropa Birliyi Dərman Agentliyi (EMA) tərəfindən təsdiq edilmiş “İmvanex” peyvəndinin istifadə olunduğu Niderlandda ümumilikdə 70 min meymuniçəyi vaksinin olduğu vurğulanıb.
Məlumat üçün bildirək ki, Avropa Birliyi Danimarkanın biotexnoloji şirkəti “Bavarian Nordic”in (BAVA.CO) meymunçiçəyi virusuna qarşı peyvəndini təsdiqləyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ