Yanğınlara əlavə texnika da cəlb oluna bilər - Deputat
Tarix: 23-06-2022, 17:08
Baxılıb: 228
Google+ Paylaş
Tumblr Paylaş

Yanğınlara əlavə texnika da cəlb oluna bilər - Deputat

23-06-2022, 17:08

“Türkiyə-Azərbaycan münasibətləri strateji əməkdaşlıqdan da yüksəkdir. Buna görə də qardaş ölkənin çətin vəziyyətində yanında olmaq bizim borcumuzdur”.
Bunu reportyor.org-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat qeyd edib ki, qardaş ölkəyə yardım etmək borcumuzdur:  “Azərbaycan müstəqil olduqdan sonra bizi ilk tanıyan dövlət Türkiyə oldu. Xalq Cümhuriyyəti qurulanda da qardaş ölkə öz dəstəyini vermişdi. Bakının daşnaklardan təmizlənməsində də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olub. Yəni Türkiyə ilə Azərbaycanın qardaşlığı tarixi köklərə malikdir. Bizim əlaqələrimiz bir millət - iki dövlət  prinsipinə söykənir. 44 günlük müharibə başlayanda Türkiyə bütün imkanları ilə Azərbaycana dəstək verdi. Qardaş dövlətin hər hansı bir problemi olduqda, onlara yardım etmək bizim borcumuzdur. Azərbaycan ötən il baş vermiş yanğında şəxsi heyyət və bütün texnikası ilə yardıma getdi. İndi də Türkiyədəki yanğınlarda heç bir çağırış gözləmədən Fövqaladə Hallar Nazirliyinin ən önəmli texnikalarından biri olan amfibiya təyyarəsinin oraya göndərilməsi qardaşlığımızın təzahürüdür. Bizi buna sövq edən aramızda olan münasibətdir. Amfibiya təyyarəsi öz üzərinə düşən vəzifəni yüksək səviyyədə tamamlayacaq. Lazım olarsa, əlavə şəxsi heyyət və texnika da göndərilə bilər”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ