ÜST niyə meymunçiçəyi virusunun adını dəyişmək istəyir?
Tarix: 23-06-2022, 16:59
Baxılıb: 229
Google+ Paylaş
Tumblr Paylaş

ÜST niyə meymunçiçəyi virusunun adını dəyişmək istəyir?

23-06-2022, 16:59

Başda Afrika ölkələri olmaqla dünyanın bir çox yerindən təzyiqlərə məruz qalan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusunun adının dəyişdirilməsi üçün çalışır. 
reportyor.org xəbər verir.
ÜST keçən həftə elan edib ki, qurum meymunçiçəyi virusunun adını, onun növlərini və səbəb olduğu xəstəliyin adını dəyişmək üçün dünya üzrə tərəfdaşlar və mütəxəssislərlə işləyir. 
Qeyd edək ki, meymunçiçəyi adı xüsusilə Afrika ölkələri ilə əlaqəsinə görə tənqid edilib. ÜST-ün bu açıqlamasından bir neçə gün əvvəl 29 alim təşkilata məktub yazaraq virusun adının təcili olaraq ayrıseçkilik və stiqmatizmə yol vermədən adlandırılması lazım olduğunu bildirib. Afrikanın aparıcı alimlərinin imzaladığı məktubda dəyişdirilməsi tələb olunan adlar virusun alt növü olan “Qərbi Afrika”, “Mərkəzi Afrika” və ya “Konqo hövzəsi” kimi terminlərdir. Bir neçə ay əvvəl yalnız Mərkəzi və Qərbi Afrikada aşkarlanan xəstəlik son zamanlar bütün dünyaya yayılmaqdadır. Hələlik xəstəliyin yayım coğrafiyasının 84 faizi Avropada, 12 faizi isə Amerikada müşahidə olunur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ