Peyğəmbərə küfr etdi, vəzifəsindən oldu - Hindistanda müsəlmanlar AYAĞA QALXDI
Tarix: 10-06-2022, 16:17
Baxılıb: 286
Google+ Paylaş
Tumblr Paylaş

Peyğəmbərə küfr etdi, vəzifəsindən oldu - Hindistanda müsəlmanlar AYAĞA QALXDI

10-06-2022, 16:17

Hindistanın paytaxtı Nyu-Dehlidə Məhəmməd Peyğəmbərin təhqir olunmasına qarşı etiraz aksiyası keçirilib.
reportyor.org xəbər verir ki, Hindistanın iqtidarda olan partiyası – “Bharatiya Canata Parti”nin rəsmi nümayəndəsi Nipur Şarmanın Məhəmməd Peyğəmbərin ünvanına səsləndirdiyi qalmaqallı fikirlərə qarşı müsəlmanlar Nyu-Dehli şəhərində etiraz aksiyası gerçəkləşdirilib.
Cümə namazından sonra yüzlərlə müsəlman Cənubi Asiyanın ən böyük məscidi sayılan Cama-Məscid yaxınlığında toplaşaraq, Şarmanın fikirlərini kəskin şəkildə pisləyib, hökumətdən onun həbs edilməsini tələb ediblər.
Xatırladaq ki, Nipur Şarmanın milli televiziyada keçirilən debatlarda Məhəmməd Peyğəmbər haqqında səsləndirdiyi fikirlər müsəlmanlar tərəfindən təhqir kimi qəbul olunub.
Məlumata görə, artıq Şarma vəzifəsindən və partiyadan uzaqlaşdırılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ