SSRİ Müdafiə Nazirliyinin keçmiş polkovnikini BELƏ ALDATDILAR
Tarix: 29-05-2022, 02:27
Baxılıb: 257
Google+ Paylaş
Tumblr Paylaş

SSRİ Müdafiə Nazirliyinin keçmiş polkovnikini BELƏ ALDATDILAR

29-05-2022, 02:27

Biznes ortaqları SSRİ müdafiə nazirinin keçmiş cangüdəni Yevgeni Şapoşnikovu 66 milyon rubla aldadıblar 
Publika.az xəbər verir ki, bu barədə "112" "Telegram" kanalı yazır .
Bildirilir ki, 2018-ci ilin avqustunda şirkətlərdən birinin baş direktoru iki ortağı ilə birlikdə istefada olan polkovnikdən dövlət müqaviləsini yerinə yetirmək üçün 52 milyon rubl borc götürüb. Tacirlər bu pulu ilin sonuna qədər qaytarmalı idilər, lakin keçmiş mühafizəçiyə pulun yarısından da azını qaytarıblar. 2019-cu ildə iş adamları müqavilə bağlamaq üçün zərərçəkmişdən daha 13 milyon rubl götürüblər. Üç il ərzində bu pullar geri qaytarılmayıb, onun xahişlərinə də məhəl qoyulmayıb.
Bundan sonra həmin şəxs polisə gedərək onlardan şikayət edib. 
Hazırda apellyasiya şikayəti üzrə fakt yoxlanılır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ