ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı
Tarix: 22-05-2022, 19:31
Baxılıb: 268
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ-ın Ankaradakı səfiri XİN-ə çağırıldı

22-05-2022, 19:31

ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Flake Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.
Publika.az xəbər verir ki, səfirə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi ifadə olunub:
"ABŞ-ın ölkəmizdəki səfirinə, Birləşmiş Ştatlarda polis qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıq halları xatırladılaraq, siyasi partiyaların keçirdiyi mitinqlərin Türkiyə demokratiyasında özünəməxsus ənənə halına gəlməsi bildirilib".
Qeyd olunub ki, ABŞ-da mitinqlərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarının “qeyri-mütənasib güc tətbiqi” ciddi problemdir. Belə bir şəraitdə Türkiyədə bununla bağlı mühüm problem olduğu görüntüsünün yaradılması isə yolverilməzdir. Həmçinin, Türkiyədə fikir və söz azadlıqlarının təmin olunmasında hansısa problemlərin olduğu imicini yaratmağın qəbuledilməz olduğu vurğulanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ