Ukrayna MDB-nin bir sıra sazişlərindən ÇIXDI
Tarix: 22-05-2022, 19:29
Baxılıb: 264
Google+ Paylaş
Tumblr Paylaş

Ukrayna MDB-nin bir sıra sazişlərindən ÇIXDI

22-05-2022, 19:29

Ukrayna Müstəqil Dövlətlər Birliyinin (MDB) bir sıra sazişlərindən çıxıb.
Publika.az xəbər verir ki, bu barədə ukraynalı deputatı Yaroslav Jeleznyak özünün Teleqram kanalında məlumat yayıb.
O, bildirib ki, Ali Rada bu gün bu sazişlərdən çıxmaq üçün səs verib. Belə ki, deputatlar 287 səslə Ukraynanın “Qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında” sazişdən, 274 səslə isə “Böyük Vətən müharibəsində MDB iştirakçısı olan dövlətlərin xalqlarının igidlik və qəhrəmanlıq xatirəsinin əbədiləşdirilməsi haqqında” sazişdən çıxmasını dəstəkləyiblər.
Xüsusilə, 1999-cu ilin birinci müqaviləsində nəzərdə tutulmuşdu ki, müqavilənin tərəflərindən birinə digər tərəfin ərazisindən qeyri-qanuni miqrantlar gəldikdə, bu barədə müvafiq sübutlar olduqda, həmin şəxslər başqa yerə köçürülür. 
Qeyd edək ki, fevral ayında Ukrayna MDB çərçivəsində bağlanmış mülki aviasiya və hava məkanından istifadə haqqında sazişlərdən çıxıb. Aprel ayında da Ukrayna MDB çərçivəsində inkişaf etməkdə olan ölkələrdən malların mənşəyinin müəyyən edilməsi qaydaları ilə bağlı razılaşmadan çıxıb.
Hökumət gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1994-cü il aprelin 15-də imzalanmış sazişdən çıxmaq barədə qərarı təsdiq edib. 2021-ci ilin yayında Ukrayna MDB-yə üzv dövlətlər arasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığın əsas istiqamətləri haqqında sazişdən çıxıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ