Rusiyanın Ermənistandakı poliqonunda PARTLAYIŞ: ölən var
Tarix: 13-05-2022, 23:35
Baxılıb: 277
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyanın Ermənistandakı poliqonunda PARTLAYIŞ: ölən var

13-05-2022, 23:35

Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasına məxsus Şirak rayonundakı Kamxut dağ silsiləsində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb.
Publika.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan məlumat verib.
O bildirib ki, mərmi saat 15:30 radələrində partlayıb. Yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çoban ölüb.
Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb. Olsaydı baza komandanlığı bu barədə əvvəlcədən xəbərdarlıq edir.
"Mərmi əvvəlki təlimlərdən qalan ola bilərdi. Orada sel sularını boşaltmaq üçün arxlar da var. Su mərmiləri götürüb başqa yerə ata bilərdi. Ola bilsin ki, çoban mərmi görüb ona yaxınlaşıb", - Arşakyan bildirib.
Poliqon məlum səbəblərdən avtomobillərin keçidi üçün bağlanıb, lakin 100 hektar ərazini tamamilə bağlamaq mümkün deyil”, - o əlavə edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ