Türkiyə ordusu ŞƏHİD VERDİ: yaralılar var
Tarix: 13-05-2022, 23:34
Baxılıb: 289
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyə ordusu ŞƏHİD VERDİ: yaralılar var

13-05-2022, 23:34

Türkiyə ordusunun İraqda keçirdiyi "Pəncə-Kilid" əməliyyatı zonasında terrorçular tərəfindən öncədən quraşdırılmış əldəqayırma partlayıcı qurğu partlayıb.
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, partlayış nəticəsində Türkiyə ordusunun əsgəri Selman Gülər həlak olub, 3 hərbçi isə xəsarət alıb.
"Bizi dərin ağrı və üzüntü yaşadan bu hadisədə həyatını itirən şəhidimizə Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr, yaralılarımıza isə tezliklə şəfa diləyirik", - nazirliyin məlumatında deyilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ