Rusiya təşviş içində: Polşa ordusu ELAN ETDİ - mayın 1-dən...
Tarix: 28-04-2022, 18:20
Baxılıb: 605
Google+ Paylaş
Tumblr Paylaş

Rusiya təşviş içində: Polşa ordusu ELAN ETDİ - mayın 1-dən...

28-04-2022, 18:20

Polşa Müdafiə Nazirliyi hərbi təlimlər elan edib. Bununla əlaqədar olaraq, mayın 1-dən ayın sonuna kimi ölkənin şimal və şərqində hərbi texnikanın kolonnalarının intensiv hərəkəti müşahidə olunacaq. 
Reportyor.org xəbər verir ki, bu barədə məlumat Polşa ordusunun saytında yer alıb.
“Hərbi texnikanın sütunları Qərbi Pomeraniya, Lubuskie, Kuyavian-Pomeraniya, Lodz, Mazovian, Lyublin və Varmia-Mazuri ərazilərindəki yollarda dayanacaq”, - məlumatda deyilir. 
Bildirilib ki, nəqliyyat vasitələrinə ən çox gecələr magistral yollarda, yerli avtomobil yollarında rast gəlmək olar, lakin bəzi səfərlər gündüz, pik saatlarda baş tutacaq.

Polşa Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlimlərdə iştirakçılar müttəfiq qüvvələrin köçürülməsi, transsərhəd hərəkətlərin əlaqələndirilməsi və ev sahibi ölkələrlə əməkdaşlıq məsələləri fəaliyyətini yerinə yetirəcəklər.
Hərbçilər Polşa xalqından qoşunların hərəkəti və yerləşdirilməsi ilə bağlı fotoşəkilləri və hər hansı məlumatı dərc etməməyi, habelə hərbi təyyarələrin eniş və qalması ilə bağlı məlumatları yaymamağı xahiş edib.
“Sosial şəbəkələrdə istənilən düşünülməmiş hərəkət, mühüm hərbi obyektləri, texnikaları əks etdirən fotoşəkillərin dərci təhlükəsizlik və müdafiə sistemi üçün mənfi nəticələrə səbəb ola bilər”, - deyə qeyd olunub.
Rusiya tərəfinin yaydığı məlumata görə, fevralın əvvəlində Polşa ordusunun 18-ci mexanikləşdirilmiş diviziyasının əsgərləri və ABŞ ordusunun 82-ci hava-desant diviziyasının hərbçiləri Polşada Ukrayna ilə sərhədə yaxın ərazidə olublar. Onların məqsədi NATO-nun şərq cinahında təhlükəsizliyi gücləndirmək olub.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ