Baydendən ABŞ-dakı ruslarla bağlı KRİTİK QƏRAR
Tarix: 28-04-2022, 18:18
Baxılıb: 443
Google+ Paylaş
Tumblr Paylaş

Baydendən ABŞ-dakı ruslarla bağlı KRİTİK QƏRAR

28-04-2022, 18:18

ABŞ Prezidenti Co Bayden Konqresə rusiyalı iş adamları ilə əlaqəli əmlakın müsadirə edilməsi və əldə olunan gəlirin Ukraynaya dəstək üçün istifadə edilməsi təkliflərini göndərəcək. 
Reportyor.org xəbər verir ki, bu barədə Ağ Evin yazılı bəyanatında deyilir.
Sənəddə bildirilir ki, “bu təkliflər paketi rusiyalı iş adamları ilə əlaqəli əmlakın müsadirə edilməsi üçün yeni səlahiyyətlər yaradacaq” və “hökumətə Ukraynaya dəstək üçün alınan vəsaitdən istifadə etməyə və müvafiq hüquq-mühafizə mexanizmlərini daha da gücləndirməyə imkan verəcək”.
Qeyd olunub ki, bu təklif oliqarxların aktivlərinin ələ keçirilməsi prosesini sadələşdirmək, müsadirə edilməli olan aktivlərin əhatə dairəsini genişləndirmək, həmçinin gəlirlərin Ukraynaya axmasına imkan vermək məqsədi daşıyır. 
Beləliklə, sənəddə izah edilir ki, söhbət “ABŞ-da Rusiya oliqarxlarına məxsus sanksiyalar altında olan və müəyyən qanunsuz hərəkətlərlə əlaqəli əmlakın müsadirə edilməsi üçün Xəzinədarlıq və Ədliyyə Departamentlərinin cəlb olunduğu yeni, sadələşdirilmiş inzibati prosesdən” gedir. Bundan əlavə, Co Bayden Konqresə Kiyevə əlavə hərbi yardım üçün müraciət göndərib.

“Korrupsiya sövdələşmələrindən” əldə olunan gəlirlər
ABŞ Prezidenti Rusiya Federasiyası ilə “korrupsiya sövdələşmələri”ndən əldə edilən gəlirlərə sahib olmağın qanunsuz kimi tanınmasını təklif edəcək. 
Sənəddən göründüyü kimi, bu təşəbbüsün müddəalarından biri “hər hansı bir şəxsin Rusiya hökuməti ilə korrupsiya sövdələşmələrindən bilə-bilə və ya qəsdən əldə etdiyi gəlirə sahib olmasını qanunsuz hesab etməkdir”. Bunun cinayət kimi qiymətləndiriləcəyi güman edilir.
Xarici tərəfdaşlarla işləmək
Bayden həmçinin aktivləri ələ keçirmək üçün xarici tərəfdaşlarla işləmək imkanlarını genişləndirməyi təklif edəcək. Bu təklif ABŞ-ın xarici korrupsiya ilə əlaqəli aktivləri ələ keçirmək üçün beynəlxalq tərəfdaşlarla işləmək qabiliyyətini artıracaq. Təklif ABŞ-da xarici əmlakın müsadirəsi ilə bağlı sərəncamları icra etmək qabiliyyətimizi təkmilləşdirmək üçün bəzi düzəlişlər edəcək” - bəyanatda deyilir.
Əmlakın həbsi
ABŞ Prezidenti rusiyalı iş adamlarının sanksiyalardan yan keçmək üçün istifadə etdikləri əmlakın müsadirə edilməsini də təklif edəcək. 
“Bu təklif Rusiya oliqarxlarının sanksiyalardan yan keçmək üçün istifadə etdiyi əmlakın müsadirəsinə imkan verir. Mövcud qanunvericiliyə əsasən, ABŞ sanksiyaların pozulmasından əldə edilən gəlirləri müsadirə edə bilər, lakin sanksiyaların ləğv edilməsi üçün istifadə edilən əmlakı müsadirə edə bilməz. Bu təklif bu boşluğu aradan qaldırır” - sənəddə vurğulanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ