ABŞ TƏSDİQLƏDİ: "Moskva" kreyseri iki Ukrayna raketi ilə vurulub
Tarix: 15-04-2022, 23:20
Baxılıb: 264
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ TƏSDİQLƏDİ: "Moskva" kreyseri iki Ukrayna raketi ilə vurulub

15-04-2022, 23:20

"Rusiya Qara Dəniz Donanmasının flaqmanı “Moskva” raket kreyseri iki Ukrayna raketi ilə vurulub". 
Publika.az CNN telekanalına istinadla xəbər verir ki, bu barədə cümə günü ABŞ Dövlət Departamentinin yüksək rütbəli rəsmisi məlumat verib.
"Bu həftə Qara dənizdə Ukraynanın iki "Neptun" raketi "Moskva" raket kreyserini vurdu", - məlumatda deyilir. 
Amerika rəsmisinin daha ətraflı qiymətləndirməsində deyilir ki, gəminin məhv edilməsi və daha da batması Ukraynanın endirdiyi raket zərbə nəticəsində baş verib.

Rusiya “Moskva” raket kreyserinin yanması nəticəsində döyüş sursatlarının partlamasını və yedəkləmə zamanı batdığını təsdiqləyib, lakin yanğının səbəbini açıqlamayıb.
Rusiya Müdafiə Nazirliyi kreyserin Neptun raketlərinin zərbələri nəticəsində itirilməsi ilə bağlı Ukrayna versiyasını təsdiqləməyib.
Bir gün əvvəl ABŞ Qara dənizin şimalında “Moskva” kreyseri yaxınlığında fəaliyyət göstərən Rusiya gəmilərinin  Ukrayna sahillərinin cənubuna doğru geri çəkildiyini bildirib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ