Rusiyada qıtlıq: Ərzaq limitlə satılır
Tarix: 8-03-2022, 16:38
Baxılıb: 306
Google+ Paylaş
Tumblr Paylaş

Rusiyada qıtlıq: Ərzaq limitlə satılır

8-03-2022, 16:38

Rusiyaya tətbiq edilən sanksiyalar və bəzi malların qıtlığının yaranacağı qorxusu ilə əlaqədar olaraq bəzi  ticarət şəbəkələrində mallar limitlə satılmağa başlayıb.
Publika.az xəbər verir ki, xarici şirkətlər Rusiyada fəalyyətlərini dayandırdıqlarına görə, yerli əhali  daha ölkəyə gətirilməyəcək məhsullardan daha çox almağa çalışır. Bununla əlaqədar olaraq ticarət şəbəkələrində hər adama satılan malların satışına limit qoyulub. Şəbəkələr bunu «alverçilərlə mübarizə» adlandırırlar.
Bu barədə Rusiya ticarət nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ölkədə bahalaşmanınqarşısını almaq üçün hökumət bəzi mallara ticarət əlavəsinin (yəni malın üzərinə ticarət şəbəkəsinin əlavə etdiyi məbləğin) minimum olmasını tələb edib.

Nazirlik bildirir ki, bəzi regionlarda vacib malları alver məqsədilə tonlarla alındığı hallar baş verib. Bunun qarşısını almaq üçün bəzi malların bir adama satışında limitlər tətbiq edilib.
Məsələn Tümendə qənd, un, yarma və duzun satışına limit qoyulub. Tümen hipermarketlərində bir nəfərə saılan maloarın həcmminə limit qoyulub. Ticarət nairliyinin icazəsi ilə tətbiq edilən qayda «Aşan», «Pyateroçka», «Perekrestok» i «Lenta» şəbəkələrində qüvvəyə minib.
Bu marketlərdə birdəfəyə 5 kilo qənd, 3 paket düyü və ya qarabaşaq, 3 paket un və ya duz almaq olar.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ