"Military Watch": "Kubada olacaq rus raketləri NATO-nun qarşısını alacaq"
Tarix: 17-01-2022, 15:14
Baxılıb: 306
Google+ Paylaş
Tumblr Paylaş

"Military Watch": "Kubada olacaq rus raketləri NATO-nun qarşısını alacaq"

17-01-2022, 15:14

Rusiya-ABŞ arasında olan gərginlik pik həddə çatıb. Artıq Moskvanın ABŞ sərhədlərinə yaxın nüvə raketləri yerləşdirmək planları da gündəmə gəlib. AzVision.az xəbər verir ki, məşhur hərbi sayt olan "Military Watch" belə bir ehtimalın reallaşacağı təqdirdə təkcə Vaşinqtona deyil, ümumilikdə qitəyə təhdid artacaq.
“The New York Times”: "Moskva ABŞ sahillərində nüvə raketləri yerləşdirə bilər"Saytın hərbi analitikləri hesab edirlər ki, Rusiya öz raketlərini Kubada və ya Latın Amerikasının digər ölkələrində yerləşdirərsə, bu, ABŞ üçün böyük problemlər yaradacaq. Mütəxəssislər xatırladıblar ki, Sovet İttifaqı da bir vaxtlar Kubada əhəmiyyətli dərəcədə hərbi varlığını nümayiş etdirib. Rusiya isə bir neçə il əvvəl Venesuelada Tu-160 bombardmançı təyyarələrini yerləşdirib.
- Rusiyanın Kubada hərbi varlığı ABŞ-a daha çox təzyiq göstərəcək. Çünki bu, nüvə silahının Kuba ərazisinə sürətlə çatdırılması imkanlarını açacaq. Belə vəziyyət Amerika qitəsi üçün ciddi təhlükədir,- "Military Watch"ın analitikləri yazıb.
Ekspertlər qeyd edirlər ki, Rusiyanın Kubaya yenidən qayıtması ABŞ üçün əsl başağrısı ola bilər.
- Əgər Moskva ora öz hərbi kosmik qüvvələrini yerləşdirsə, onda Rusiya Federasiyası cəmi bir neçə saat ərzində bütün Amerika ərazisinə sarsıdıcı zərbə vura biləcək. Buna görə də, Rusiya ordusunun Kubada görünməsi Moskvaya NATO-nun qarşısını daha effektiv şəkildə dayandırmağa kömək edəcək,- Military Watch yazıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ