ABŞ Konqresinin baş həkimi yoluxmanın kəskin artması ilə bağlı məsafədən işləməyə çağırış edib
Tarix: 4-01-2022, 03:35
Baxılıb: 412
Google+ Paylaş
Tumblr Paylaş

ABŞ Konqresinin baş həkimi yoluxmanın kəskin artması ilə bağlı məsafədən işləməyə çağırış edib

4-01-2022, 03:35

Kapitoliyanın baş həkimi Brayan Monahan ABŞ Konqresində koronavirusa yoluxma hallarının sayının kəskin artması səbəbindən qanunverici orqanın əməkdaşlarına məsafədən işləməyə çağırış edib.
APA xəbər verir ki, bu barədə “Axios” informasiya portalı məlumat yayıb.
“Konqresin ofisləri, komitələri, habelə digər institutları şəxsi görüşləri və ofisdə işləri minimuma endirməlidir. Distant işin tətbiqini maksimum dərəcədə artırmaq üçün iş qrafiki dərhal yenidən təşkil edilməlidir”, - baş həkimin bildirişində bildirilib.
Həmçinin, qeyd edilib ki, Birləşmiş Ştatlarda Omicron və Delta ştamlarına yoluxma sayı sürətlə artıb: “Omicron və Delta ştamlarına yoluxma Kapitoliyanın işçiləri arasında görünməmiş sayda artıb, yüzlərlə insan bu viruslara yoluxub”.
Xatırladaq ki, ABŞ Federal Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri dekabrın sonlarında yoluxma hallarının əksəriyyətinin Omicron variantının payına düşdüyünü bildirib.
Con Hopkins Universitetinin məlumatına görə, pandemiyanın başlanğıcından bəri ABŞ-da 55 milyondan çox koronavirusa yoluxma aşkarlanıb, 826 mindən çox insan ölüb.
Hər iki göstəriciyə görə ölkə dünyada birinci yerdədir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ