Ursula Fon der Lyayenin üzvü olduğu partiya seçkilərdə qalib gəldi
Tarix: 10-06-2024, 10:54
Baxılıb: 44
Google+ Paylaş
Tumblr Paylaş

Ursula Fon der Lyayenin üzvü olduğu partiya seçkilərdə qalib gəldi

10-06-2024, 10:54


Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin üzvü olduğu Avropa Xalq Partiyası (EPP) Avropa Parlamentinə seçkilərdə böyük qələbə qazanıb.

TASS bu barədə Avropa Parlamentinin hazırkı rəhbəri Roberta Metsolaya istinadla məlumat yayıb.

EPP 720 deputat mandatından 189-unu alacaq və bununla da əvvəlki seçkilərlə müqayisədə mövqeyini yaxşılaşdıracaq. İkinci yeri 135 yerlə sosialistlər tutublar. Liberallar 80 yerlə üçüncü yerdə qərarlaşıblar.

Qeyd edək ki, yeni Avropa Parlamenti iyunun 11-də işə başlayacaq.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ