İsrail Ermənistanla bağlı şok hesabat yaydı: Antisemitizm dərin köklərə malikdir
Tarix: 21-02-2024, 11:51
Baxılıb: 102
Google+ Paylaş
Tumblr Paylaş

İsrail Ermənistanla bağlı şok hesabat yaydı: Antisemitizm dərin köklərə malikdir

21-02-2024, 11:51

İsrail rəsmiləri Münxen Təhlükəsizlik Konfransında bir sıra mühüm pərdəarxası danışıqlar aparıblar. İsrail mediasının verdiyi xəbərə görə, onlar oktyabrın 7-də baş verən hadisələrə və Qəzza zolağındakı müharibəyə İsrailin müdafiə reaksiyasından sonra bütün dünyada antisemitizmin artması ilə bağlı ciddi narahatlıqlarını bildiriblər.
İsrail prezidenti İsaak Hersoqla azərbaycanlı həmkarı Əliyev arasında keçirilən xüsusi danışıqlardan sonra isə yəhudi liderlər İsrailin Azərbaycanla yaxın münasibətləri səbəbindən şiddətli antisemit hücumlarına məruz qalan Ermənistandakı yəhudi icmasının acınacaqlı vəziyyəti ilə bağlı məsələ qaldırıblar. Yəhudi icmasının liderləri Azərbaycanın Qarabağ bölgəsindəki separatçı anklavda ərazi bütövlüyünü bərpa etdikdən sonra əksəriyyəti paytaxt İrəvanda yaşayan kiçik erməni yəhudi icmasını antisemit hücumlardan qorumaq üçün hökumətdən müdaxilə etməyi xahiş ediblər. İrəvandakı sinaqoq bir neçə dəfə antisemit elementlərin hücumuna məruz qalıb.
Diasporla İş üzrə Nazirlik məlumat verib ki, antisemitizmin son bir ildə və xüsusilə Simxat Tora bayramından sonra ən yüksək artım templəri Rusiya, Belarus, Ermənistan və Orta Asiyada qeydə alınıb, Beynəlxalq Holokost Günü münasibətilə və Dəmir Qılınclar Müharibəsinin dünyada İsrailin imicinə təsir ilə bağlı hökumətə təqdim edilən qlobal antisemitizmlə bağlı son hesabatda guya dost olan ölkələrdə hücumların və antisemitizm təzahürlərinin çox narahatedici tərzdə artdığı bildirilir.
Ermənistan illik hesabatda ilk dəfə yer alır. Hesabata görə, “Ermənistanda antisemitizm diskursuna, əsasən İsrail-Azərbaycan münasibətləri və İsrailin Azərbaycana təhlükəsizlik məhsulları ixracı təsir edir. Bu əlaqələr Ermənistan və Azərbaycan arasında gedən Dağlıq Qarabağ müharibəsi kontekstində Ermənistan cəmiyyətində böyük narazılıq yaradır. Bununla belə, Ermənistanın Azərbaycanı dəstəkləyən digər ölkələrə deyil, xüsusi olaraq İsrailə diqqət yetirməsi onu göstərir ki, Ermənistanda antisemitizm əhval-ruhiyyəsi dərin köklərə malikdir və hətta xarici amillərin təsiri altında ola bilər”.
Hesabatda daha sonra deyilir ki, “Ermənistan sosial mediası HƏMAS-ın hücumuna dərhal müsbət reaksiya verərək HƏMAS tərəfindən hazırlanan kütləvi təbliğat materialları yayıb.
Bu aksiya İsrailin sərt tənqidi, HƏMAS-ı dəstəkləmək üçün açıq tələblər, İsrail, Azərbaycan və nasist Almaniyası arasında müqayisələrlə müşayiət olundu”.
Bundan əlavə, qeyd olunur ki, “anti-İsrail siyasi şərhçi və sərt antisemit baxışları ilə tanınan keçmiş təhlükəsizlik rəsmisi Vladimir Poqosyan yəhudiləri və İsraili açıq şəkildə hədələyib, dəfələrlə yəhudilərə qarşı hücumlara çağırıb. Bu zorakı ritorika nəticəsində Ermənistandakı kiçik yəhudi icması tez-tez antisemitizm təqiblərinə məruz qalır. Bu, ölkənin yeganə sinaqoqunu yandırmaq üçün iki cəhdlə nəticələndi”. Hesabatda sinaqoqun yandırılmasının dünyada antisemitizm xarakterli ilk on insidentdən biri olduğu vurğulanır.
Qeyd edək ki, hesabatda “Ermənistanda antisemitizm əhval-ruhiyyəsi dərin köklərə malikdir və hətta xarici amillərin təsirinə məruz qala bilər” ifadəsi təxminən on il əvvəl Anti-Diffamasiya Liqasının apardığı araşdırmaya uyğundur. Həmin araşdırmaya görə, ermənilərin 58 %-i antisemitdir, 72% isə yəhudilərin dünyada həddindən artıq gücə malik olduğuna inanır. Araşdırma Ermənistanın ümumi əhalisinin 32%-nin yəhudiləri öz ölkəsinin vətəndaşı kimi qəbul etməyə hazır olmadığını göstərmişdi. Bu, Avropa üçün aşkar edilən ən mənfi məlumatlar idi.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ