Medvedev NATO-nu müharibə ilə hədələdi
Tarix: 3-02-2024, 15:47
Baxılıb: 36
Google+ Paylaş
Tumblr Paylaş

Medvedev NATO-nu müharibə ilə hədələdi

3-02-2024, 15:47

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-ya Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin mümkün hava limanları ilə təmin edilməsinə qarşı tədbirləri barədə xəbərdarlıq edib.
reportyor.org xəbər verir ki, bu barədə Dmitri Medvedev özünün “ВКонтакте” ("VKontakte") səhifəsində alyansın “soyuq müharibə”dən sonra keçirdiyi ən böyük hərbi təlimləri şərh edərkən yazıb.
“Bu, yalnız bir şey demək olacaq: NATO-nun bundan sonra qaçmayacağı böyük müharibə. Hər hansı bir NATO ölkəsi öz hava limanlarını Bandera tərəfdarlarına və ya neonasistlərə verməyə başlayarsa, eyni şey baş verəcək”, - Medvedev yazıb.
O vurğulayıb ki, hərbi hava limanları şübhəsiz ki, Rusiya ordusu üçün qanuni hədəfə çevriləcək və düşmən kimi məhv ediləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ