Bişkekdə İES-də ağır qəza: yaralılar var
Tarix: 2-02-2024, 09:03
Baxılıb: 27
Google+ Paylaş
Tumblr Paylaş

Bişkekdə İES-də ağır qəza: yaralılar var

2-02-2024, 09:03

Qırğızıstanın paytaxtı Bişkekdə şəhər istilik elektrik stansiyasında (İES) qəza baş verib.
Publika.az xəbər verir ki, bu barədə TASS respublikanın Energetika Nazirliyinə istinadla yazır.
Bildirilib ki, hadisı fevralın 2-nə keçən gecə baş verib, avadanlıq sıradan çıxıb. Nəticədə İES-in üç əməkdaşı xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə son dərəcə ağırdır.
Hazırda Bişkekdə nəqliyyat, mağazalar, banklar və dövlət qurumları adi rejimdə işləyir. Məktəblər onlayn təhsil rejiminə keçib.
Baş vermiş qəza səbəbindən çoxmənzilli binalara isti su və istilik verilişi dayandırılıb.
Qeyd olunur ki, şəhər sakinləri evlərinə fasiləsiz elektrik enerjisi verilir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ