Paşinyan onu da istefaya göndərdi
Tarix: 31-01-2024, 13:30
Baxılıb: 33
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan onu da istefaya göndərdi

31-01-2024, 13:30

Ani İspiryan Ermənistan iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib.
Publika.az xəbər verir ki, müvafiq qərarı Ermənistanın baş naziri Nikol Paşinyan imzalayıb.
Dekabrın sonunda məlum olub ki, Ermənistan Dövlət Faiz Fondunun (ANİF) Direktorlar Şurasının sədri vəzifəsinə iqtisadiyyat nazirinin müavini Ani İspiryan seçilib.
Şuranın keçmiş sədri Tiqran Avinyanın (indiki İrəvan meri) səlahiyyətlərinə iqtisadiyyat naziri Vaan Kerobyanın əmrinə əsasən, 2023-cü il noyabrın 13-də vaxtından əvvəl xitam verilib.
Xatırladaq ki, Ani İspiryan 2021-ci il sentyabrın 14-dən iqtisadiyyat nazirinin müavini vəzifəsini tuturdu.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ