İqtisad elmləri namizədi və maliyyə analitiki Mixail Belyaevin proqnozlarına görə, rublun dollara nisbətən kifayət qədər aktiv şəkildə möhkəmlənməsi müvəqqəti hadisədir.
Publika. az xəbər verir ki, o, Lenta.ru ilə söhbətində milli valyutanın zəifləyəcəyini deyib.
İqtisadçının fikrincə, rublun möhkəmlənməsi üç qrup səbəblə əlaqələndirilir. Birincisi, kursun dəyişməsinə Rusiya iqtisadiyyatının yüksəlişi əsaslı şəkildə təsir etdi. İkincisi, bazarda valyuta təklifini artırmaq üçün hökumətin həyata keçirdiyi tədbirlər öz rolunu oynadı.Üçüncüsü isə Amerika iqtisadiyyatındakı problemlərin təsiri ilə dollar digər valyutalara nisbətən ucuzlaşmasıdır.
Belyaev əmindir ki, bu amil tezliklə fəaliyyətini dayandıracaq, çünki ABŞ-ın kifayət qədər sabit iqtisadiyyatı var və onlar uzun müddət iqtisadi problemləri həll etməyi sevmirlər.
"İxracatçılar valyuta satmağa davam edəcəklər, lakin bunun yalnız qısamüddətli təsiri var" deyə iqtisadçı qeyd edib. Onun fikrincə, bu amil artıq rublun möhkəmlənməsi kimi yox, stabilləşdirici amil kimi işləməyə başlayıb.
Bu, iki-üç aylıq bir məsələdir. Bu müddət ərzində rubl 90-93 səviyyəsinə qayıdacaq”, deyə iqtisadçı proqnoz verib.
