Dağıstan Daxili İşlər Nazirliyinin rəis müavini Rüfət İsmayılov barəsində cinayət işi açılıb.
Publika.az xəbər verir çi, bu barədə Rusiya FTX-nin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.
"İsmailova qarşı xüsusilə külli miqdarda rüşvət vermə və alma maddəsi ilə cinayət işi açılıb", məlumatda deyilir.
Bundan əvvəl İsmayılov saxlanılıb. Onun evində və iş yerində axtarışlar aparılıb. Həbs xəbəri Mahaçqala hava limanında baş verən iğtişaşlarla bağlı araşdırma fonunda yayılıb.
İsmayılov 2019-cu il dekabrın 4-də nazir müavini vəzifəsinə təyin edilib və bundan əvvəl bir neçə ay müvəqqəti olaraq bu vəzifədə çalışıb.
Qeyd olunur ki, həmçinin Rusiya Federasiyasının İstintaq Komitəsi də Daxili İşlər Nazirliyinin respublika üzrə istintaq idarəsinin rəis müavini Dalqat Abdulqapurova da qarşı cinayət işi açıb.
Son məlumata görə, İsmayılov Dalqat Abdulqapurovla birlikdə dindirilmək üçün Moskvaya göndərilib.
Hüseyn İbadlı