Paşinyan bu gün ölən əsgərləri “saya” bilmədi...
Tarix: 2-09-2023, 00:32
Baxılıb: 27
Google+ Paylaş
Tumblr Paylaş

Paşinyan bu gün ölən əsgərləri “saya” bilmədi...

2-09-2023, 00:32

Ermənistan Baş naziri Nikol Paşinyan erməni təxribatı nəticəsində bu gün sərhəddə başlayan toqquşma barədə paylaşım edib.
reportyor.org xəbər verir ki, X sosial şəbəkəsindəki paylaşımında Nikol Paşinyan öz təxribatını ört-basdır etmək üçün Azərbaycanı ittiham edib və “Ermənistanın ərazi bütövlüyündən” bəhs edib.
Maraqlıdır ki, Paşinyan paylaşımında toqquşma nəticəsində 3 erməni əsgərinin öldüyünü, 2 nəfərin isə yaralandığını bildirib. Halbuki Ermənistan Müdafiə Nazirliyi 4 erməni əsgərin məhv edildiyini təsdiqləyib, hətta ölənlərin adını da açıqlayıb, erməni mediası isə məhv edilənlərin dosyesini və fotolarını yayıb.
Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb.
Ordumuz cavab tədbirləri ilə 4 erməni əsgər - Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan – məhv edilib, bir erməni əsgər yaralanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ