Azərbaycanın növbəti humanitar yardımları Türkiyəyə yola düşdü - YENİLƏNDİ
Tarix: 10-02-2023, 09:29
Baxılıb: 377
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanın növbəti humanitar yardımları Türkiyəyə yola düşdü - YENİLƏNDİ

10-02-2023, 09:29

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı qardaş ölkəyə yola salınıb.
Publika.az xəbər verir ki, təyyarə ilə yola salınan humanitar yardıma zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün 200 ədəd çadır və 183 ədəd qızdırıcı daxildir.
Humanitar yardımı aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alıb.
Qeyd edək ki, ölkə başçısının tapşırığına uyğun olaraq, FHN-in daha bir mobil səhra hospitalı və digər vasitələrdən ibarət humanitar yardımları növbəti təyyarələrlə qardaş ölkəyə yola salınacaq.
03:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınıb.
Publika.az xəbər verir ki, yardım paketinə 830 dəst çadır, 279 ədəd soba daxildir. Avtomobil karvanı mümkün qədər qısa vaxtda təyin olunan ünvana çatacaq.
Qeyd edək ki, Bakıdan gələn yardım karvanı Gəncədən keçməklə Bakı-Qazax-Gürcüstan magistral yolu ilə qardaş ölkəyə göndərilib. Yardım karvanı xüsusi təyinatlı 16 nəqliyyat vasitəsindən ibarətdir.
03:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınır.
Publika.az-ın məlumatına görə, bunu FHN-in əməkdaşı Ərəstun Əliyev deyib.
Onun sözlərinə görə, budəfəki yardım çərçivəsində təyyarələr vasitəsilə 1 ədəd mobil səhra hospitalı, əhalinin yerləşdirilməsi üçün çadırlar və qızdırıcılar göndərilir.
"Bundan əvvəl, zəlzələnin ikinci günündə ilk dəfə mobil səhra hospitalı yola salınır. Hazırda həmin hospital fəaliyyətini davam etdirir", - FHN əməkdaşı bildirib.
23:50
Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımları qardaş ölkəyə yola salınacaq.
Publika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarələr və Fövqəladə Hallar Nazirliyinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə humanitar yardımların yola salınması üçün hazırlıq işləri görülür.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ