Sahibə Qafarova Kambocadakı görüşlərində Ermənistanın mina terrorundan danışıb
Tarix: 25-11-2022, 16:27
Baxılıb: 287
Google+ Paylaş
Tumblr Paylaş

Sahibə Qafarova Kambocadakı görüşlərində Ermənistanın mina terrorundan danışıb

25-11-2022, 16:27

Noyabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində parlament nümayəndə heyətinin Kambocaya səfəri, keçirdiyi görüşlərlə bağlı məlumat verdi. Spiker səfər çərçivəsində 9 ikitərəfli görüş keçirdiyini bildirdi.
“Görüşlər zamanı Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz torpaqlarını 30 illik işğaldan azad etməsi, regionda sülh və sabitliyin təmin olunması istiqamətində səyləri haqqında məlumat verdim. Müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanın əldə olunan razılaşmalara əməl etməkdən boyun qaçırmasından danışdıq”, - parlament sədri qeyd etdi. S.Qafarova, görüşlər zamanı Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın şəhər və rayonlarını, infrastrukturu, mədəni və tarixi abidələri tamamilə dağıtmasından da bəhs edib.
Spiker bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və tikinti işləri həyata keçirir, ərazilərimiz bərpa edilir. Lakin Ermənistanın ərazilərdə basdırdığı çoxlu sayda mina bərpa işlərinə ciddi əngəl törədir.
Keçirilən görüşlərdə spiker qeyd edib ki, iki il əvvəl müharibə başa çatandan indiyədək mina partlayışları nəticəsində, təxminən 270 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ