Anaları xəstəxanaya yerləşdirilən 4 körpənin acınacaqlı halı - VİDEO
Tarix: 16-01-2022, 13:49
Baxılıb: 629
Google+ Paylaş
Tumblr Paylaş

Anaları xəstəxanaya yerləşdirilən 4 körpənin acınacaqlı halı - VİDEO

16-01-2022, 13:49

Anaları koronavirusa yoluxan və xəstəxanaya yerləşdirilən körpələr acınacaqlı vəziyyətdədir.
Publika.az xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Feysbuk səhifəsində paylaşım edib.
O bildirib ki, hadisə Şamaxının kəndlərindən birində olub.
Valideynləri xəstə olan uşaqlara qonşular baxıb, yemək versələr də, bu, onları acınacaqlı vəziyyətdə olmaqdan xilas etməyib.
K.Ağazadə həmçinin olduqca baxımsız və miskin vəziyyətdə olan 4 körpənin taleyi ilə heç bir dövlət qurumunun, xüsusilə də Şamaxı rayon İcra Hakimiyyətinin maraqlanmamasını vurğulayıb.
Qeyd edək ki, bu fakt artıq nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür. Bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ