Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)
Tarix: 12-01-2022, 10:42
Baxılıb: 1 026
Google+ Paylaş
Tumblr Paylaş

Saleh Məmmədovun oğlu ilə eyni marka saat taxan məşhur görün kimdir - 425 min manat (FOTO)

12-01-2022, 10:42

Türkiyəli aktrisa Cansu Derenin yeni sevgilisi, amerikalı dünya çempionu, qılıncoynadan Maylz Çemli-Uotsonun yeni görüntüsü müzakirələrə səbəb olub.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəkildə diqqət çəkən məqam Maylzın saatı olub.
Bir müddət əvvəl  məşhur müğənni Rihanna  ilə sevgili olan Maylzın "Richard Mille" markasına məxsus aksessuarı 250 min dollar (425 min manat) dəyərindədir.

Xatırladaq ki, iki il bundan öncə Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli də eyni markadan olan saatı ilə gündəmə gəlmişdi. 
Belə ki,  xarici mətbuatda İspaniyanın İbiza şəhərində  Azərbaycanlı turistə məxsus 2,2 milyon manat (1 milyon funt-sterlinq) dəyərində qol saatının  oğurlandığı yazılıb.
Daha sonra sosial şəbəkələrdə və ölkə mətbuatında "Richard Mille 50-03 McLaren F1" markalı saatın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun oğlu Sübhan Məmmədliyə məxsus olması ilə bağlı iddialar yayılmışdı. 

 


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ